Könlümdədir gündüz-gecə,
Dərdimi oxşayır necə.
Qar-yağışı almaz vecə,
Göz yaşımda çimən gülüm.
Azca mehdən sel tək çağlar,
Qollarına qara bağlar.
Gah gizli, gah aşkar ağlar,
Sənsiz qalan çəmən, gülüm.
Danışmayaq əhd-ilqardan,
Nə də vəfa-etibardan.
Niyə ol sevgili yardan,
Ayrı düşdüm ki mən, gülüm.
Kayıt Tarihi : 29.6.2018 07:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!