Könlümü dağladırsan,
Qapısın bağladırsan.
Bəzən çox ağladırsan,
Bir azca ney kimisən.
Çox içsən başı xərab,
Gözə görünər sərab.
Bir azca şampan şərab,
Bir azca mey kimisən.
Vəslin evini yıxma,
Hicrin əlini sıxma.
Bir azacıq dost-doğma,
Bir az ögey kimisən.
Qızılgülə məkansan,
Iyləməyə imkansan.
Bir azacıq inkarsan,
Bir az okey kimisən.
Dünya çətin dağılı,
Hekayətli, nağıllı.
Bir azacıq ağıllı,
Bir azca key kimisən.
Kayıt Tarihi : 22.12.2025 15:52:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Ellerinize sağlık
TÜM YORUMLAR (1)