Kepenekdir xatirelerin Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kepenekdir xatirelerin

XATİRƏLƏRİN

Xəzər tək həsrətdən çağlaya bilər,
Hicranın yolunu bağlaya bilər.
Bir addım səsindən ağlaya bilər,
Yamanca kövrəkdir xatirələrin.

Yayır hər tərəfə könül ahımı,
Dumanlı eyləyir hər sabahımı.
Bəzən də oxşayır incə ruhumu,
Sərin meh, küləkdir xatirələrin.

Sübh ertə üfüqdə qızıl dan durur,
Özünə qızılı alaçıq qurur.
Mənim də qəlbimə qızıl qan vurur,
Döyünən ürəkdir xatirələrin.

Qoşuldum hicranın qəm köçünə ki,
Qarışdım illərin lap heçinə ki.
Ya dostun, ya yadın nə vecinə ki,
Tək mənə gərəkdir xatirələrin.

Quşları uçubdur, səmiri qalıb,
Ağacı yanıbdır, kömürü qalıb.
Kim deyir üçcə gün ömürü qalıb,
Xallı kəpənəkdir xatirələrin.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 09:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu