Kendir kimisen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kendir kimisen

Kədər boylananda fərəh yox olar,
Gün-gündən qüssə-qəm artıb çoxalar.
Məni öz” Mən”imdən dartıb çıxaran,
Içimdən asılan kəndir kimisən.

Belə yaşamağa dözüm qalmayıb,
Sənə deyiləsi sözüm qalmayıb.
Daha allışacaq közün qalmayıb,
Həniri azalan təndir kimisən.

Mən Günəş olanda, sən Ay olarsan,
Məcnuna, Fərhada nə tay olarsan?
Yerə düşən zaman min pay olarsan,
Ipindən üzülən qəndil kimisən.
25.07.2013

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu