Kendine qayıt Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kendine qayıt

Dərələr görünər,çən yox olarsa,
Dünya qara geyməz mən yox olarsam.
Yazıqsan,dağılıb sən yox olarsan,
Araz tək daşma gəl,bəndinə qayıt,
Qayıt özünə gəl,kəndinə qayıt.

Minmə ayrılığın kəhərini sən,
Içində çalış boğ qəhərini sən.
Tökməyə çalışma zəhərini sən,
Qayıt şəkərinə,qəndinə qayıt.
Qayıt özünə gəl,kəndinə qayıt.

Sən əyri yolu da hamar etmisən,
Röyada murada,kama yetmisən.
Neçəsin özünə aşiq etmisən,
Əvvəlki kiçikcə bəndinə qayıt,
Qayıt özünə gəl,kəndinə qayıt.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu