Düşüb fələyin oynuna,
Təkliyi alıb boynuna.
Qısılıb dağın qoynuna,
O kənd bizim kəndimizdir.
Mələməz qoyun-quzusu,
Çoxdan kəsilib ruzusu.
Qəlbində qalıb arzusu,,
O kənd bizim kəndimizdir.
Nə yolu bir yol deyil ki,
Gənclər avarə, veyil ki.
Torpağa salmaz meyil ki,
O kənd bizim kəndimizdir.
Bir zamanlar naxrı varmış,
Xoş günlərin axrı varmış.
Eh, çoxunun paxrı varmış,
O kənd bizim kəndimizdir.
Nə suyu var, nə də qazı,
Bir ildir getmirəm azı.
Kimsə deyil ondan razı,
O kənd bizim kəndimizdir.
Kayıt Tarihi : 16.5.2020 18:36:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!