Həsrət edib məni həyatdan küskün,
Solubdur al rəngim,olmuşam üzgün.
Uzaq bir adaya edildim sürgün,
Məni aparmağa gəmi gəlibdir.
Yetişib ömrümün boranlı qışı,
Azalmır küləyi,qarı,yağışı .
Axır öz-özünə axır göz yaşım,
Deyən gözlərimin nəmi gəlibdir.
Qalmışam odunda hey yana-yana,
Ürək sevgisini çətin ki dana
Mən sənin yolunda düşsəm zindana,
Deyərlər Sevincin kəmi gəlibdir.
Kayıt Tarihi : 16.6.2018 10:44:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!