Yerə qoyma dizlərini,
Tapdalarsan izlərini.
Gəl qaçırtma gözlərini
Deyən bir az nəm kimidir.
Əsər-sənin təcəssümün,
Olmasın heç təəssüfün.
Ağlağandır təbəssümün,
Sevincin də qəm kimidir.
Söz daşların yetərincə,
Köz qaşların yetərincə.
Göz yaşların yetərincə,
Gülüşlərin kəm kimidir.
20.03.2019
Kayıt Tarihi : 21.3.2019 14:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!