Illər yorub məni, düşmüşəm selə,
Qaranlıq yaraşmır ağaran telə.
Üzü Kürdəmirdən,Bakıdan belə,
Dolanıb gəzirəm ayrılıqları.
Fərəh əsir düşüb, kədər qalib şah,
Titrəyə dururam, çəkirəm min ah.
Elə hey özümü görürəm,Allah,
Hər yerdə güzgü tək qəlb qırıqları.
Nədən güvəndiyim dağ başı qardır,
Bəlkə təkcə orda həqiqət vardır.
Deyən sevdalımın qulağı kardır,
Dünyanı bürüyüb hıçqırıqlarım.
05.12.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2018 20:09:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!