Kehkeşandır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kehkeşandır

Kaş ki mavi səmamızda əylənib dura, günəşim,
Özünə layiq saray tikib də qura günəşim.
Gündüzlər qərq eyləyir yer üzün nura, günəşim
Gecələri şölə saçan ulduzlarım kəhkəşandır.

Məndən uzaq olan sevdam damarımdan axmayır ki?
Birləşib də ruhum ilə yandıban yaxmayır ki?
Tək bircə yol rəhm eyləyib boylanıb da baxmayır ki,
Ayrılığın oxlarına nalan köksüm bir nişandır.

Gözəllərin gözəlisən yüz milyon fərd içində,
Danış, de, gül. Yaşamağa çalışma dərd içində.
Bunca igid arasında, bu qədər mərd içində,
Səni bir kimsə sevməsə demək halın pərişandır.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.4.2019 11:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu