Kederimi sepmişem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kederimi sepmişem

Ruhum qonar budağa,
Dönər yaşıl yarpağa.
Bilirsənmi,torpağa
Nə dərdimi təpmişəm,

Zalım, nifrət göyərər.
Haqq-ədalət göyərə.
Yəqin həsrət göyərər,
Kədərimi səpmişəm.

Hisran yaman axsayır,
Vüsal onu yox sayır.
Taleyimi oxşayıb,
Qədərimi öpmüşəm.

Sevda deyil oyuncaq,
Oynadasan doyunca.
Qumlu səhra boyunca,
Ağ nərimi çapmışam.

Vüsaldır sərxoş gələn,
Hər addımı xoş gələn.
Təkcə mənə tuş gələn,
Bədəlimi tapmışam.

Sevinc Arzulu
Kayıt Tarihi : 3.5.2021 14:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu