Məni bağışlamaq heç mümkün deyil,
Gör kimə salmışam bir zaman meyl.
Ömrünü sürürdü avarə, veyl,
Ayrılıq vüsalla hədər barışıb.
Dedim həsrət hara, məhəbbət hara,
Ayrılıq qara rəng çəkdi ilqara.
Yovuşa bilməyir ağ ilə qara,
Sevinc göz yaşına kədər qarışıb.
Yamanca uzandı deyən bu səfər,
Yanımda qalmadı eh, bircə nəfər.
Nədəndir əğyarım qazandı zəfər?
Salıbdır bizləri qədər qarışıq.
Ayrılıq ağlımı başımdan alıb,
Mənim ruh evimə bir rəxnə salıb.
Demə ki göz yaşı qələbə çalıb,
Fərəh qüssə ilə məgər yarışıb?
Kayıt Tarihi : 6.10.2020 11:43:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/10/06/keder-karisik.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!