Keçmişine qayıtma Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Keçmişine qayıtma

Ah, qətlimə buyurduğun fərman nə,
Sağlığımçun göndərdiyin dərman nə.
Nə bilirsən dəvə nədir, karvan nə.
Heç qoşulma köç işinə, qayıtma.

Şənlən, sevin düyünündə, əzizim.
Şad günlərə öyünün də, əzizim.
Sən elə qal bu günündə, əzizim.
Qəm qoxuyan keçmişinə qayıtma.

Itməyibdir cığırında izim ki,
Dəyməyibdir yüz kəs yerə dizim ki...
Bilirsənmi, daha tutmaz bizimki,
And verirəm köçmüşünə, qayıtma.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu