Kecliyim menim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kecliyim menim

Gümüş sep yaraşmır baha əynimə,
Həsrəti almıram daha eynimə.
Siqnal da çatmayır kaha beynimə,
Məzarda olacaq dincliyim mənim.

Masmavi səmada ildırım çaxmır,
Yeraltı çaylar da dənizə axmır.
Bir dəfə dönüb də geriyə baxmır,
Günəş tək uzaqdır gəncliyim mənim.

Elə hey deyirsən ayrılığa döz,
Könlümü odlayar öləziyən köz.
Neynim, götürmürəm bir kimsədən söz,
Başıma bəladır kəcliyim mənim.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu