Keçer üreyimden Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Keçer üreyimden

Yoxmu dadına qaçanın,
Qalmayıbdır yarı canın.
Çarpar məni həyəcanın,
Təlaş keçər ürəyimdən.

Nə əvvəlki vədə olsun,
Nə əlimdə badə olsun.
Özüm kimi sadə olsun,
Ağ aş keçər ürəyimdən.

Dava gedər tac üstündə,
Qızıl-gümüş bac üstündə.
Bişirilsin sac üstündə,
Lavaş keçər ürəyimdən.

Həsrət, hicran acı tamdır,
Vüsal isə şirin kamdır.
Dörd tərəfim istehkamdır,
Savaş keçər ürəyimdən.

Qu gölündə sonam batar,
Fəryadı göylərə çatar.
Yolu iki bölən qatar,
Yavaş keçər ürəyimdən.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 15:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!