Gözəl dünyam, çirkinliklər qaralmış,
Şaxta düşmüş ürəyimi qar almış.
Sənə gələn torpaq yollar daralmış,
Sonunadək keçəmmirəm, neynəyim.
Eh, deyəsən yanılıbdır gümanım,
Yoxdur daha məndən sevgi umanım.
Gözlərimi bağlayıbdır dumanım,
Dost-düşməni seçəmmirəm, neynəyim.
Zalım fələk yaxşılara saldırır,
Əzrailə canlarını aldırır.
Bal şərbəti təzyiqimi qaldırır,
Başa çəkib içəmmirəm, neynəyim.
Gənclik geri qayıdarmı? Çox çətin.
Neynəyək ki boşa çıxdı qismətin.
Öz yolunda addımla məğrur, mətin
Alaqları biçəmmirəm, neynəyim.
Kayıt Tarihi : 4.4.2023 15:33:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!