Çiçəklər açıbdır qüdrət bağında,
Donub da qalmısan nifrət dağında.
Dünən ümidimin həsrət çağında,
Yaralı qəlbimi dəlib də keçdin.
Bir də kişiliyi gətirmə dilə,
Səsini ucaldıb qalxma çox zilə.
Yaman fors edirdin sevdiyin ilə,
Gözümün önündən gəlib də keçdin.
Nolar ki borcunu tezcə ödəsən,
Yoxsa ki avarə, qərib gədəsən.
Eh, indi haranı işğal edəssən?
Sənin hər yürüşün səlib də.Keçdin.
Kayıt Tarihi : 6.1.2023 16:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!