Keçdi gergin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Keçdi gergin

Aləmə ün salmadım,
Yas, toy-düyün.Qalmadım.
Fələkdən gün çalmadım,
Oldum sürgün,ağladım.

Boyanmırsan yuxuda,
Doyammırsan yuxudan.
Oyanmırsan yuxudan,
Bitməz mürgün,ağladım.

Ara haqq aşığını,
Ellər yaraşığını.
Gizlədər işığını,
Verməz nur gün, ağladım.

Göylə gedər boz çapar,
Bəyazı çətin tapar.
Yel əsər, tufan qopar,
Uçar hörgün, ağladım.

Düz söyləsin dilimiz,
Bulanmasın lilimiz.
Dostum, ötən ilimiz,
Keçdi gərgin, ağladım.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.1.2022 06:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu