Məni görcək sən aradan çıxırsan,
Ürəyimi məngənə tək sıxırsan.
Nədən od tək yandırıban yaxırsan.
Nədən səni görməyirəm heç dostum.
Uzaqdasan, çəkməyirsən keşiyi,
Fırtınalar dağıdıb ev-eşiyi.
Otağında heç olmayan pişiyi,
Qaranlıqda axtar-ara, seç dostum.
Küləklərmi dolaşdırıb sapını,
Eşitmirəm söhbətini-gapını.
Bəyənmədin bir vaxt taxta qapını,
Polad zaman qapısından keç, dostum.
Kayıt Tarihi : 1.6.2021 05:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!