Qara rəngi götürüblər,
Gül üstdə xal bitiriblər.
Özlərini itiriblər,
Ağrılarım çaş-baş qalıb.
Dağları duman bürüyə,
Kədər üstümə yürüyə..
Qoyma, ay gedən, quruya
Gözümdə damla yaş qalıb.
Eh, qocalıq ləngiməz ki,
Nəfəsi heç təngiməz ki.
Təəssüflər səngiməz ki,
Dilimin ucunda “kaş” qalıb.
20.12.2017
Kayıt Tarihi : 30.4.2018 07:44:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!