Təbiət necə də ürək sıxmasın?
Meşənin evini insan yıxmasın.
Tüstüsü zirvəyə çıxsın, çıxmasın
Qalmışam quruyla yaş arasında.
Tərgidə bilməz ki fələk vərdişin,
Üstümə qıcayır ölüm nər dişin.
Nə bilmək olar ki dünyanın işin,
Eh, ölüm göz ilə qaş arasında.
Gecədən keçibən al səhər oldum,
Dənizin qoynunda daş şəhər oldum.
Kitabı oxudum,birtəhər oldum,
Solmuş gül olmazdı kaş arasında.
Kayıt Tarihi : 21.4.2022 14:59:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/04/21/kas-8.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!