Kardaş Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kardaş

Vüsalın beli bükülür,
Qara daşdan ev tikilir.
Ürəyimdən qəm tökülür,
Sözlərimdən çiskin, qardaş.

Boylanıb yola baxırsan,
Gah sağa-sola baxırsan.
Gözlərin dola baxırsan,
Olma fağır, miskin, qardaş.

Aydınlaşar zülmət gecə,
Xatirələr gəlməz vecə.
Heç bilmirəm nəcür, necə
Verək sənə təskin, qardaş.

Oda qalanıb gəzirsən,
Varı talanıb gəzirsən.
Tənha dolanıb gəzirsən,
Fələk etdi küskün, qardaş.

Bir ulduzun axşı olar,
Qaranlıqda naxşı olar.
Çətin hər vaxt yaxşı olar,
Bu da belə pis gün, qardaş.
05.12.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 6.12.2018 07:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu