Acıq, Azılıqdan Qaç
Barış Toxumunu Saç
Uzat Ulus İçin əl
Gönül Qapısını Aç
Sınırsız Açun Düşün
Tuğlar Ağ Olmuş Bütün
Çiçəklik Olmuş Açun
Gecə Gündüz ÇalDüyün
Başlama, Bitmək İstər
Tapılma ,İtmək İstər
Yıxılmadan Sonra Qalx
Qayıtma ,Gitmək İstər
Baxışmaqla Çınlamaq
Danışmaqla Yırlamaq
Tapışmaqla Oynamaq
Hepsi Olubdur Yasaq
Yoldaş Dəğil, Azıdır
Kəndir Dəğil, Apıdır
Yaltaqdan Uzaq Olun
Qımız Dəğil, Ağıdır
Türk Dilini Salamaz
Kimliğini Danamaz
Balıq Suda Yaşayar
Susuz Diri Qalamaz
Ağaclar Açan Çiçək
Kələbək Hörən İpək
Səninlə Görməlidir
Çibin Qayıran Pətək
Baxışmaqla Çınlamaq
Danışmaqla Yırlamaq
Tapışmaqla Oynamaq
Həpsi Olubdur Yasaq
Gerçeklik Yalanlığa
Aydınlıq, Dumanlığa
Üstünlənib Yenəcək
Eyilik Yamanlığa
Bu şaire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!