Həsrətin dadın görüb mən hey ahu-zar etmişəm,
Zillətin adın görüb göz yaşımı qar etmişəm.
Əzizim, sən olduğun ətirli, solmaz gülşəndə
Özümü bir qızılgül, əğyarımı xar etmişəm.
Niyə məndən incik də düşüb ümid-xəyallarım,
Keçirdib mən həyata, əbədiyyən var etmişəm.
Bilirəm, ağlar könül.yaralısan, qanın axır
Dəli tək sevdiyimi özgəsinə yar etmişəm.
Açmadım ürəyimi. dedim özgələr nə deyər
Utanıb-qızarmışam, dost-tanışdan ar etmişəm.
Telimi dağıtsa da coşqun küləklər sayağı,
Vüsalın naləsinə qulağımı kar etmişəm.
Kayıt Tarihi : 25.6.2018 20:36:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!