Gəlmişəm….qapından qaytarma məni…
Mən sənin sevginə möhtac biriyəm,
Saçıma yağıbdı illərin dəni,
Həsrətdən tükənən bir sərsəriyəm…
Gəlmişəm…qapından qaytarma məni…
Mənim yaralarım çox dərindədir,
İnsanın qırmazlar son ümidini,
Mənim son ümidim gözlərindədir
Gəlmişəm…qapından qaytarma məni…
Razıyam, qapında bir daş olum mən…
Ya da bir paltartək as dolabından,
Əynində köhnəlim, nimdaş olum mən..
Gəlmişəm, qapından qaytarma məni…
Gəlim pəncərəndə ay olum sənin…
Gündüzlər gizlənim kipriklərində,
Gecələr yuxuna pay olum sənin
Gəlmişəm… qapından qaytarma məni….
Bağçanda gül olum, təzə-tər olum…
Sən gəlib-gedəndə toxun sinəmə,
Ayaq izlərindən bəxtəvər olum…
Gəlmişəm…qapından qaytarma məni…
Məni əzizlərin başına çevir …
Allah qonağıyam, göndərib sənə…
Nə olar ömründə mənə də yer ver…
Kayıt Tarihi : 5.1.2025 17:37:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!