Vətənpərvər idiniz,
Qələbəydi əhdiniz.
Elə qurban getdiniz,
Niyə donmadı zaman,
İgid oğlumuz Kamran.
Bu yol sənin yolundu,
Bükülməyən qolundu.
“Şuşa azad olundu”-
Buydu qəlbinə daman,
İgid oğlumuz Kamran.
Cəngavərdi ləqəbin,
“Qisas” istərdi qəlbin.
Güclüydü döyüş təbin,
Şir tək vuruşdun haman,
İgid oğlumuz Kamran.
Çətin ki rəhm edildi.
Erməni məhv edildi,
Gecəylə dəfn edildin,
Inləyirdi tar-kaman,
İgid oğlumuz Kamran.
Sanki vüsala yetdin.
Vətən uğrunda getdin,
Zalım fələk, nə etdin,
Dağları aldı duman.
İgid oğlumuz Kamran.
Astaranın oğluydun,
Xoş növraqlı, çağlıydın..
Elinə çox bağlıydın,
Vətən də sənin anan,
İgid oğlumuz Kamran.
İlahidən gələn pay,
Tapılmaz ki sənə tay.
Adın gəlcək əsər hay,
Başını kəsdin yaman,
İgid oğlumuz Kamran.
Igidlər axın idi,
Qələbə yaxın idi.
Göylərdən baxın indi,
Ruhunuz bizlə hər an,
İgid oğlumuz Kamran.
Tərsə çalındı valın,
Belə gəldi iqbalın.
Parlayar beş medalın,
Dönüşünə yox güman,
İgid oğlumuz Kamran.
Qarabağ mehisiniz,
Yeddi ər zehisiniz.
Şuşa fatehisiniz,
Şir tək irəli cuman,
İgid oğlumuz Kamran.
Sən çinardın, vələsdin,
Dağlardan gələn səsdin.
Döyüşlərə tələsdin.
Əbədi gözün yuman
İgid oğlumuz Kamran.
Anan sənin baş tacın ,
Nalan Samirə bacın.
Sona çatmaz ki acın,
Göz yaşı dərya, ümman,
İgid oğlumuz Kamran
Kayıt Tarihi : 7.1.2023 11:03:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2023/01/07/kamran.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!