Kaman, tardı sensizliyim

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kaman, tardı sensizliyim

Başıma bir bəla olub,
Son bahardı sənsizliyim.
Soyuq1dan güllərim solub,
Yağam qardı sənsizliyim.

Fərəhimlə kədərim tən,
Fərəhim qəm içrə itən.
Ba-baxçanmda ilkin bitən,
Bir nübardı sənsizliyim.

Həm dənizdə gəmi olan,
Həm də yaşıl zəmi olan.
Həm zili, həm nbəmi olan
Kaman, tardır sənsizliyim.

Qapımı gizlicə döyən,
Başını sğyüd tək əyən.
Mahnı qoşan, şeir deyən
Kaman, tardı sənsizliyim.

Dərd qapını geniş açar,
Qalmışam əlində naşçar.
Şahin olub göydə uçar,
TərlanŞ, sardı sənsizliyim.

Sevinc, kədər, möhnət-qəmim,
Dost demərəm, olar qənim.
Düşmənim olubdur mənim,
Rəqib, xardı sənsizliyim.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.10.2023 14:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!