Kalem Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Kalem

Ah nalən, fəryadın ucalır göyə,
Bəsdir sızladığın, qələm ay qələm…
Az qalıb dərdlərin qəddini əyə,
Bəsdir sızladığın , qələm ay qələm…

Bəzən xəzan vurmuş bağı çəkirsən,
Dərdin loxmasına yağı çəkirsən ,
Varağın bağrına dağı çəkirsən,
Bəsdir sızladığın , qələm ay qələm…

Ürəyin doludur, dəftər neyləsin?
Nə desin yanğına əlac eyləsin?
Az qalıb dil açıb kağız söyləsin:
“Bəsdir sızladığın, qələm, ay qələm “

Fikrin gah arana, gah dağa düşür,
ürəyin ağlınla yaman döyüşür…
Guya yazmağınla nəsə dəyişir?!
Bəsdir sızladığın, qələm, ay qələm…

Ayrılıqdan yazdın, eşqi dandılar…
Sevgidən danışdın, lal dayandılar…
Elə yazdın, məni şair sandılar))
Bəsdir sızladığın, qələm, ay qələm…

Mən yetər deyirəm, sən öz təbində…
Gör neçə varaq var sənlə kəbində….
Yazmaqdan bitibdi mürəkkəbin də…
Bəsdir sızladığın, qələm, ay qələm!

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 16:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!