Kaldı Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Kaldı

Üzümə yalandan gülüş bağladım,
Düşündüm, yaralar dərində qaldı….
Dedim zaman ötər, keçər hamısı …
Keçmədi…yenə də yerində qaldı…

Beynimdə get-gəlim bir an bitmədi,
Dözümüm az gəldi, mənə yetmədi,
Ürəyim ağlıma kömək etmədi,
Ağlım ürəyimlə sərində qaldı…

Bəxtim səadətlə getmədi yola,
Bircə zərbəni də qoymadı dala…
Bu eşqin əlindən öldüm az qala…
Qəlbim vəfasızın birində qaldı….

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!