Sevdanın yolları eniş yoxuşlu,
Sevdanın yolları hamar olmazmış.
Sevdanın gözləri nəmli baxışlı,
Sevdanın başına tumar olmazmış.
Sevdanın aynası qəfildən sınıb,
Səpilib göylərdən,çiliklənibdir.
Ürəyi sevgisi səfildən sınıb,
Bir bax, neçə yerə diliklənibdir.
Eh, mümkün deyil ki o parçaları,
Bir yerə cəmləyib ürək edəsən.
Ayağı altına zər xalçaları,
Sərərək yerişin zirək edəsən.
Izləyib titrəyən qədəmlərini,
Gözaltı baxasan tər yanağına.
Ödəyib yarımçıq ödəmlərini,
Dönəsən yenidən qan çanağına.
Dönəsən geriyə gümansız kimi,
Bir az dinşəyəsən.Çağırar bəlkə.
O isə cəllad tək, amansız kimi
Üstünə qışqırıb bağırar bəlkə.
Sənin etdiyini sayıb da heçə,
Özünü şahzadə sayar da. dostum.
Qoşular əzazil adlanan köçə,
Bir anda gözünü oyar da dostum.
Sən ki sevməyirsən lal güzəştləri,
Eh, mənsiz xəyala dal, qara sevdam.
Billəm, bitməyəcək sərgüzəştlərin,
Olduğun yerdəcə qal, qara sevdam.
Kayıt Tarihi : 15.8.2023 09:50:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Beğenilerimle tebrik ediyorum
TÜM YORUMLAR (1)