Iç dünyamı devirmisən,
De, Allahı sevirmisən.
Bəs niyə üz çevirmisən,
Zikrlərin kafirləşib.
Lal könlünün dayəsi yox,
Amalı yox, qayəsi yox.
Bircə damcı mayəsi yox,
Fikirlərin kefirləşib.
Vüsal evin sökürsən ki,
Üstünə od tökürsən ki.
O qədər qəm çəkirsən ki,
Şükürlərin kifirləşib.
Kayıt Tarihi : 27.6.2018 15:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!