Gecə ulduzlar yaxdıqca cismimi,
Şərhsizliq nə uca, nə dərin deyəm.
Təklik diyârında zərrə qismimi
Tək Tanrı bilər nə təhərindəyəm…
Payızı apardı hürriyyətimi,
Xatirələrdəki gəvhərinləyəm.
Azad etmədiqcə ruhiyyətimi,
Sətirimin yaşlı qəhərindəyəm...
İzmir’ə üz tutub sənə deyirəm:
Vaxtın köhnəltdiği dəğərindəyəm!
İllər ucaltdığı sinə deyiləm,
İtən gecələrin səhərindəyəm…
Qarşı tərəfdən ruhi məktəb ilə
Soruşsa: “May’ları məhşərin” deyəm.
Tükənən o yaşıl mürəkkəb ilə
Məni basdıranın şəhərindəyəm…
29.08.2020
İzmir / Türkiye
Kayıt Tarihi : 27.1.2021 20:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!