İzleyirm men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İzleyirm men

Aradan neçə il ötüb keçsə də,
Hələ də yolunu gözləyirəm mən.
Ruhun ən ətirli gülə köçsə də,
Bənövşə kolunu özləyirəm mən.

Neyniyim, taleyin sərt üzü belə,
Gecəsi qaranlıq, gündüzü belə.
Muğan, Şirvan elə, Mil düzü belə
Hey qarı, dolunu izləyirəm mən.

Gah külək qıy vura, gah tufan qopa,
Könlümə yağışın ətiri hopa.
Fərəh ayrı gəzir, dərdi-qəm topa,
Sağımı, solumu düzləyirəm mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.6.2018 16:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu