Mən ittiham edirəm.
Həm qohumu.həm yadı.
Nədən sürünməlidir.
Nədən ölməli qadın.
Qadın axı anadır,
Övladlar bəxş edibdir
Gəncliyində sonaydı,
Qəm qırış nəqş edibdir.
Qırış-qırış üzünə,
Mən qurbanam, ay ana.
Sular axar düzünə,
Atəşə çətin yana.
Sənin həqiqətin də,
Su kimi saf,ay qadın.
Övlad məhəbbətin də,
Tül tək şəffaf, ay qadın.
Nədəndir balaların,
Heç adını anmayır.
Dünyanın bəlaları,
Varlığını danmayır.
Xan çinarı, söyüdü,
Xam yerdə bitirmisən.
Neçə oğul böyüdüb,
Neçə qız yetirmisən.
Qədrini bilmədilər,
O naxələflər sənin.
Körpəykən çox yedilər,
Südün olacaq qənim.
Kayıt Tarihi : 7.2.2019 11:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!