Səsimdən də iti uçur xəyalım,
Görmədiyim günlərimə qovuşum.
Kainatı necə qucur xəyalım,
Çətin anlar həyatımdan sovuşub.
Qara olur iztirabın kölgəsi,
Geri çəkil,dayanaq biz gün altda.
Qoy toruna düşsün onun özgəsi,
Bir qığılcım tapmarıq ki kül altdan.
Atəşinlə alovlandır ocağı,
İstisinə kəlmə-kəlmə qızınaq.
Gözlərimdə hey canlandır o çağı,
Yer üzünə ilmə-ilmə sızılaq.
10.04.2019
Kayıt Tarihi : 11.4.2019 16:32:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!