İstiqlal Üçün Şiiri - Ergün Mamedov

Ergün Mamedov
29

ŞİİR


5

TAKİPÇİ

İstiqlal Üçün

-1937-1939’da Kızıl Soykırım’a kurban edilen Türk aydınlarına-

I
Bir gecədə qarlara köçən siman, mənəm,
Millətdə yanıb tutuşan ruh, iman, mənəm!
Xain elan etdi əl atıb palavraya,
Ki, bayraq demədim heç qızıl paçavraya.
Şeiriyyətdə üç rəngim, qələm təsirim,
Türklüyədir fəda olan çözülməz sirrim.
Vətənimi bürüdü Ruslaşan rehası,
De, qurtarıcı mıdır putlaşan dehası?!
Göylər səslənərkən işarət mənliyimə,
Ölüm gəlmədikçə gərək yox gəmliyimə.
Gözlənilən beraat-i istihlal üçün
Addımlardır inzibati istiqlal üçün!

II
Qıyamətlər yaradandım mən namım ilə,
Nə vaxt düşmənimə qandım mən qanım ilə
Ağır ağır köçdüm ölümdən diyarlara,
Vətən... o ən qutsal yar, örnəkdi yarlara.
İblis məndə axtardı yalvar yaxarışlar,
Fəqat daim “Hürriyyət!” idi hayqırışlar.
Körəlmiş bixəbərin əsəri, nazırı,
Əbədi sürəcəq sanma əsr-ı hazırı.
Birləştirməyinə inandığın insanlıq
İlə bir deyildir anladığın ihsanlıq.
Bolşevik dövrünün min qurbanı, Türk’əm mən,
İstiqbalda axtaran Turan’ı, Türk’əm mən.

III
Söylə, kimə, nə zamandır susar olmuşam?
Türk yurdu üçün çökməz bir hisar olmuşam!
Qanımıza girər sağır zəhrin mahbəri,
Yenə o qandır köməkdar fikrin rəhbəri.
Dinməyib dilsiz kəsilən hər əl lərzandır,
Gör kimlər qorxaq, kim həqiqəti yazandır
İldırımlar safhası gaflətəmi layiq,
Nədir bu dövr edən cahan, nələrdir sabiq?
Sibir’dən Qafqazları yaxar soyuq rüzgar,
Yatan üzləri şirin olmuş, oyaq üz, qar.
Aldanma Qızıl xəyallarına qardaşım,
Tarixin itsə yol yox yarına qardaşım!

IV
Bir bax tarixə əzəldən tac olan kimdir,
Keçmiş təhqir edənə möhtac olan kimdir?!
Gəzib ölüm sürgününü, döndüm Xəzər’ə,
Çünki, azadlıq idi məndəki hər zərrə.
Ruhlar yatmaz ikən damgası “xain” adı,
Körlüyə yanacaq cisimlər kainadı!
Nə fayda olsa saxtalar ilə mürəttəb,
Milli düşüncəmdə hissim dilə mürəkkəb.
Deyiləm rüyalarda ölmüş və qismən sağ,
Yaxud əlləri bağlı, fikirlərdə tutsağ.
Sönməqsizin parıldayan nişan, qanımdır,
Gərçəylərdə aşikar olan şan, qanımdır.

Ergün Mamedov
Kayıt Tarihi : 8.1.2022 14:18:00
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Ergün Mamedov