İsteyirem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İsteyirem

Söndürəmməm közlərini,
Unudamam sözlərini.
Qayıt , nəmli gözlərini
Yenə görmək istəyirəm.

Eh, deyil ki təzə xəbər,
Şirinlikdən insan səpər.
Aramızda sözdən çəpər,
Dostum, hörmək istəyirəm.

Vüsal buz heykəli olub,
Hicran yaman zəli olub.
Sənsizlikdən dəli olub,
Leyli örnək istəyirəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.8.2023 16:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!