Bilmirəm nə hikmət var zəngində ki,
Vüsalmı həsrətin daş cəngində ki..
Ildırım çaxanda al rəngindəki
Işığa boyanmaq istəyir könül.
Necə uzaq düşdüm taleyi kəmdən,
Didələr qurumaz heç zaman nəmdən.
Gecələr yuxusuz qalsa da qəmdən,
Fərəhlə oyanmaq istəyir könül.
Hər il yaş gəldikcə yaşının üstə,
Eh, kimlər su tökdü aşının üstə.
Təkcə Tanrı olsun başının üstdə,
Zirvədə dayanmaq istəyir könül.
19.07.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 19.7.2018 08:10:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!