İsteyimin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İsteyimin

Istəyimin o üzündə dalğalar,
Xəyalımın gəmisini yırğalar.
Istəyimin bu üzündə sən vardın.
Dolu, tufan, yağış, çiskin, çən vardı.

Istəyimin o üzündə hisslərim,
Yaxşılarım, yamanlarım, pislərim.
Istəyimin bu üzündə qayğılar,
Iztirablar, ittihamlar, sayğılar.

O üzündə düşmənlərə kin, nifrət,
Bu üzündə məhəbbətə sədaqət.
Hansı sənə daha əziz, bilmirəm,
Istəyimin göz yaşını silmirəm.
19.01.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 26.1.2019 15:01:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu