Istəsən sən məni yenidən yarat,
Istəsən baş-ayaq eylə fikrimi.
Istəsən işıqlı günündə yarat.
Heç zaman dəyişməm dua-zikrimi.
Istəsən insan yox, qaranquş eylə,
Baharı gətirib gəlim özümlə.
Demirəm ömrümü boran-qış eylə,
Sınanım çətində, darda dözümlə.
O gözəl təbiət heç olub gedib,
Istəsən məni də yox eyləyərsən.
Deyirəm, gəncliyim tez solub gedib,
Barı qocalığı tox eyləyərsən.
30.04.2018
Kayıt Tarihi : 15.9.2018 09:32:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!