Vüsalın telini daramasam da,
Dərdinə-sərinə yaramasam da.
Şad gündə axtarıb aramasam da,
Qəmimdə sənicə istərəm,gülüm.
Yenə də xatirə marağındayam.
Dəftərin sonuncu varağındayam.
Səninlə bir görüş sorağındayam,
Lap elə indicə istərəm,gülüm.
Bulud tək mehimdən dağılacaqsan,
Gözümün yaşında boğulacaqsan.
Qəlbimin ahından doğulacaqsan,
Arzular,eh,necə istərəm,gülüm.
Sinəmi yandırar közümün odu,
Həsrəti əridər dözümün odu.
Özümü yandırar özümün odu,
Mən bunu sadəcə istərəm,gülüm.
Bir nadan qəlbimə dəysə,eybi yox.
Gülümün budağın əysə,eybi yox.
Ölüm ağ qapımı döysə,eybi yox,
Bu axşam.bu gecə istərəm,gülüm.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:44:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/20/isterem-gulum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!