İşleyer Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İşleyer

İgidsənsə od-atəşə gər sinə,
Bi ağrıya tab etməz ki hər sinə.
Istədiyin edər hər vaxt tərsinə,
Tale sənin əleyhinə işləyər.

Görüşərik yenə çətin,nagüman
Tək mən oldum fələkdən insaf uman.
Istəməz ki üzün örtsün sis,duman
Günəş çənin əleyhinə işləyər.

Gərək acı taleyimlə barışım,
Axı necə cavanlara qarışım.
Günü-gündən artır üzdə qırışım,
Zaman mənim əleyhimə işləyər.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.6.2018 08:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu