Sən Leylanın nəvəsisən,
Sən Nərgizin nəfəsisən.
Təranənin nəğməsisən,
Azəri-türk soyu İslam.
Telefonu çox arayar,
Siyah söyləyər qaraya.
Tellərini yan darayar,
Şirinsən gün boyu, İslam.
Nənələrin ürəyisən,
Babaların gərəyisən.
Esmiranın diləyisən,
Çətin səndən doyur, İslam.
Kömək olsun Allah-Tala,
Səni sevər Arif bala,
Dost gətirər Gülnar xalan.
Olarsız qol-boyun, İslam.
Ülüşün ilki, əzəli,
Sözləri şirin, məzəli.
Sevəcəksən bir gözəli,
Çalınacaq toyun, İslam.
Kayıt Tarihi : 12.2.2021 06:42:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/02/12/islam-47.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!