Əbədi qalacaq yalnız məhəbbət,
Silinər ürəkdən kin və kidurət.
Elə sevinir ki ana təbiət,
Səmadan nur kimi alqış yağanda.
Sazıma söykənib yanşaq oluram,
Ürəyi çiçəkdən yumşaq oluram.
Özüm də şənlənib uşaq oluram,
Üzümə gülümsər baxış yağanda.
Hicran da nə vaxtsa sevilib bəlkə,
Zülməti özünə ev bilib bəlkə.
Artıq bir adətə çevrilib bəlkə,
Işıqlar sönəcək yağış yağamnda.
26.05.2020.
Kayıt Tarihi : 26.5.2020 10:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!