İşığın kölgesi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3650

ŞİİR


27

TAKİPÇİ

İşığın kölgesi

Dənizə atılan çınqı daş kimi,
Kim pozdu dövranın ətalətini.
Gəldi gözlərimdən dünya yaş kimi.
Qoruya bilmədim ədalətini.

Zamanın mizanı düzmü çəkirdi,
Görən dünən necə, bəs bu gün necə.
Atgetməz yollara izmi çəkirdi,
Gecəni nur etdi, gündüzü gecə.

Hicranı qoyacam ayağım altda,
Məhəbbət bölgəsi özüm olacam.
Yalanı soyacam dayağım altdan,
Işığın kölgəsi özüm olacam.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 14:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!