İrade-solmaz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İrade-solmaz

Beş bacıdırlar,
Baş tacıdırlar
Hərə ərinə,
Getmə dərinə.

Hərə bir yerdə
Ömrünü sürür.
Işığı yanır,
Itisə hürür.

Iki bacılar,
Bakıda yaşar.
Şən gülüşləri
Xəzəri aşar.

Xanım-xatındır
Sarışın Solmaz.
Adicə sözdən
Gözləri dolmaz.

Bir az məğrurdur,
Bir az mətindir.
Kimə hirslənsə,
Işi çətindir.

Yaxşı qaynana,
Yaxşı anadır.
İlahi necə
Gözəl yaradıb.

Mənim əzizim,
Canım İradəm.
Səni sadiq dost
Sanım İradəm.

Geridə qalıb
Məktəb illəri.
Birgə geçirtdik
Çox fəsilləri.

Payız da gördük,
Boranlı qış da.
Çələng də hördük,
Gördük alqış da.

Nənə də olduq,
Artıq ay bacı.
Heç vaxt görməyək
Biz ağrı-acı.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu