Nə söyləyim bu cəlala,
Saldı məni dərd-məlala.
Yenə də sənli xəyala,
Daldım intizar içində.
Söz soruşdum, dinmədilər
Sanki qara ilmədilər.
Qiymətimi bilmədilər,
Qaldım ahu-zar içində.
Yaman darmış dərd köynəyi,
Qəlbimdə yerin göynəyir.
Qəm-kədəri satdım.Nəyi,
Aldım bu bazar içində.
21.11.2017.
Kayıt Tarihi : 30.4.2018 07:01:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!