Ilk görüşün dadı hələ damaqda,
Son görüşə buludlar da çağladı.
Təbəssümün donub qalıb dodaqda,
Ayrılığa ümidlər də ağladı.
Sənin ömrün yarıdaca qırıldı,
Mənim ömrüm uzandıqca uzandı.
Ayrılığın atəşındə qovruldum,
Bomboz küldən başqa de, nə qazandım.
Dağların da dizi yerə qatlanar,
Bulaqların soyuq suyu ilinməz.
Şəlalələr qayalardan atlanar,
Intiharın səbəbi nə, bilinməz.
08.03.2019
Kayıt Tarihi : 9.3.2019 09:45:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!