Həsrətin qorxusunda,
Hicranın qoxusunda,
Ayrılıq ordusunda
Gizir olan insansan.
Yolun haradır, qardaş
Gözlərimi döyür yaş.
Qohumlar içində baş,
Nazir olan insansan.
Dərd ilə döyüşməyə,
Qəm ilə deyişməyə,
Dünyanı dəyişməyə
Hazır olan insansan.
14.02.2018
Kayıt Tarihi : 30.4.2018 07:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!