İnsanın Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

İnsanın

Uşaqlıq çağları su kimi axar,
Cavanlıqda forsu yandırıb yaxar.
Yaşlaşanda dönüb keçmişə baxar,
Nələr keçər ürəyindən insanın.

Payız yenə dəyişibdir donunu,
Bir fəsildə görrük rəngin onunu.
Dost dediyi deyər sözün sonunu,
Qılınc vurar kürəyindən insanın.

Qayıdarmı uzaq gedən qiymətlim,
Mən olaram ruhsuz bədən,qiymətlim.
Qızılmıdır onu edən qiymətli,
Zər asılıb biləyindən insanın.

Asta-asta ürəyini alar ki,
Yalan-yanlış xəyallara dalar ki.
Bəzəl elə labirintə salar ki,
Baş açmarıq kələyindən insanın.

Uzaqlara dikilibdir baxışım,
Rəngarəngdir,həm gözəldir naxışım.
Deyəmmərik kim pisdir, kim də yaxşı
Ələnəcək ələyindən insanın.

Dağ başında duman olur, sis olur,
Ocaq üstü qara-qara his olur.
Tanıdığın adam bəzən pis olur,
Uzaq qaçma mələyindən insanın.

Illər gəlib keçər yaman çaparaq,
Xatirələr bizi hara aparar.
Bəzən elə güclü tufan qoparar,
Qorun, dostum, küləyindən insanın.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.10.2023 09:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!